Yaponiyanın Şizuoka prefekturasında bazar gününə keçən gecə 5,7 maqnitudalı zəlzələ baş verib.
“Kyodo” agentliyinin məlumatına görə, təbii fəlakət nəticəsində 20-dən çox insan xəsarət alıb.
Zərərçəkənlərin əksəriyyəti yıxılma nəticəsində əzilib və sıyrıq xəsarətləri alıb. Onların həyatları üçün təhlükə olmadığı bildirilir.
Zəlzələnin ocağı təxminən 40 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlardan sonra dəmir yolu nəqliyyatında, o cümlədən yüksək sürətli “Şinkansen” qatarlarının hərəkətində fasilələr yaranıb.

