İsrail Prezidenti İshaq Hersoq yeni hökumətin formalaşdırılmasını müxalifətin lideri Qadi Ayzenkota həvalə etmək niyyətindədir.
Bu barədə İsrail Prezidentinin administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Hersoq noyabrın 7-də “Yaşar” partiyasının lideri Qadi Ayzenkotu hökuməti formalaşdırmaq səlahiyyəti vermək niyyəti barədə məlumatlandırıb.
Prezident Ayzenkotu noyabrın 8-də öz iqamətgahına dəvət edib. Görüş zamanı ona yeni Nazirlər Kabinetini formalaşdırmaq üçün rəsmi mandatın təqdim edilməsi nəzərdə tutulur.

