ABŞ administrasiyası İranla münaqişənin həlli üçün Çindən yardım istəyib.
“The Washington Post” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, müraciət ABŞ-nin maliyyə naziri Skott Bessent tərəfindən edilib.
Bessent Pekindən Tehran üzərindəki təsir imkanlarından istifadə edərək müharibənin başa çatmasına kömək göstərməyi xahiş edib. ABŞ Prezidenti Donald Tramp da bu təşəbbüsü dəstəkləyib.
Nəşrin məlumatına görə, Çin tərəfi ABŞ-nin müraciətini İrana çatdırıb.
“Məsələdən məlumatlı amerikalı rəsmin sözlərinə görə, Çin bu mesajı Tehrana ötürüb”, – deyə qəzet yazıb.

