Gürcüstanın Marneuli bələdiyyəsində ailə faciəsi baş verib. Atanın qəfil ölümündən qısa müddət sonra qızı da həyatını itirib.
24News.ge-nin məlumatına görə, təxminən 50 yaşlı kişi iş yerində qəfil özünü pis hiss edib və dünyasını dəyişib. Onun ehtimal ki, ürək çatışmazlığından öldüyü bildirilir.
Atasının ölümü yetkin yaşlı qızı üçün ağır sarsıntıya çevrilib. Qısa müddət sonra qadın da qəfil vəfat edib.
Ata və qızın ölümünün dəqiq səbəbləri və hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

