Türkiyənin Van vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 9 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Hadisə noyabrın 7-də Van–Özalp avtomobil yolunda, yağışdan sonra sürüşkən vəziyyətə düşən yolda baş verib.
Van valisi Ozan Balcının sözlərinə görə, ölənlərdən 5-i qadın, 4-ü kişidir. Yaralanan 5 nəfər isə xəstəxanaya yerləşdirilib.
Qəza yerinə polis, jandarma, təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub.
Hadisənin dəqiq başvermə şəraiti araşdırılır.

