Türkiyəli məşhur aktrisa Eda Ecenin atası qəfil səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
Xəbəri eşidən kimi xəstəxanaya gedən aktrisa atasının yanından paylaşdığı foto ilə izləyicilərini narahat edib.
Eda Ece atasının əlindən tutduğu görüntünü sosial şəbəkə hesabında yayımlayaraq yalnız “Atam” sözünü yazıb və ürək emojisi əlavə edib.

Aktrisanın paylaşımı qısa müddətdə diqqət çəksə də, atasının hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi və hazırkı sağlamlıq vəziyyəti barədə hələlik açıqlama verilməyib.

2011-ci ildə yayımlanan “Pis Yedili” serialı ilə tanınmağa başlayan Eda Ece 2018–2023-cü illərdə nümayiş etdirilən “Yasak Elma” serialındakı Yıldız obrazı ilə geniş şöhrət qazanıb.

Aktrisa son olaraq bu il yayımlanmağa başlayan “Tuzlu Kahve” serialında baş rolu canlandırıb.

