İspaniya La Liqasının XII turunda “Real Madrid” səfərdə “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib.
Matçın 28-ci dəqiqəsində Federiko Valverde hesabı açıb. Cəmi 8 dəqiqə sonra Arda Güler fərqi iki topa çatdırıb.
75-ci dəqiqədə Kilian Mbappe üçüncü qolu vuraraq Madrid təmsilçisinin qələbəsini rəsmiləşdirib.
Görüşün 79-cu dəqiqəsində “Valensiya”nın müdafiəçisi Xose Luis Qaya qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra “Real Madrid” xallarının sayını 30-a çatdırıb və “Barselona” ilə eyni xala malik olub. Madrid klubu top fərqinə görə ikinci pillədə qərarlaşıb. “Valensiya” isə 9 xalla 19-cu yerdə qalıb.

