UFC-nin rəhbəri Dana Uayt ABŞ Prezidenti Donald Trampın Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq təklifini rədd edib.
CNN-in vəziyyətlə tanış mənbələrə istinadən yaydığı məlumata görə, Uaytın bu qərarının səbəbləri açıqlanmayıb.
Trampın köməkçilərindən biri isə Prezidentin sosial şəbəkədə paylaşdığı təklifin zarafat xarakteri daşıya biləcəyini ehtimal edib. Məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Daha əvvəl Donald Tramp UFC rəhbərinə Ağ Evin mətbuat katibi vəzifəsini təklif etmiş, onu “amansız döyüşçü” kimi xarakterizə etmişdi.
Uayt isə Trampın təklifindən sonra sosial şəbəkə hesabında özünü Ağ Evin mətbuat katibi obrazında əks etdirən foto paylaşıb.

