Paraqvayın keçmiş Prezidenti Santyaqo Penya “Ueno Bank” ətrafında yaranan qalmaqalla əlaqədar məhkəmə qərarı ilə həbs edilib.
Bu barədə Paraqvayın “Última Hora” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, keçmiş dövlət başçısı etimaddan sui-istifadə və şəxsi mənfəət məqsədilə vəzifə səlahiyyətlərindən istifadə etməkdə şübhəli bilinir. Məhkəmə onun barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçib.
Bundan əvvəl Paraqvay parlamentinin yuxarı palatası Penyanın impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılmasına səs verib. Qərara “Ueno Bank” ətrafında yaranan böhran səbəb olub. Bankın təxminən üç milyon əmanətçisinin vəsaitlərinə çıxış məhdudlaşdırılıb.
Daha əvvəl Penya prezidentliyi dövründə yol vermiş ola biləcəyi səhvlərə görə vətəndaşlardan üzr istəyib. O, ölkədə sabitliyin və ictimai sülhün qorunması naminə hər şeyi etməyə, hətta istefa verməyə hazır olduğunu bildirib.

