Türkiyəli tanınmış aktrisa Yeşim Gülün həyat yoldaşı kimi tanınan Gökhan Suar vəfat edib.
Bir müddətdir səhhətində yaranan problemlər səbəbindən xəstəxanada müalicə alan Suarın vəziyyəti ağırlaşdığı üçün süni tənəffüs aparatına qoşulduğu bildirilirdi.
Yeşim Gül həyat yoldaşının sağalması üçün sosial şəbəkədə izləyicilərindən dua istəmişdi. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Gökhan Suarın həyatını xilas etmək mümkün olmayıb.

Acı xəbəri aktrisa özü sosial şəbəkə hesabında açıqlayıb. Suarın vəfatı sənətçinin yaxınları və sevənləri arasında böyük kədərə səbəb olub.
Gökhan Suarın cənazəsinin noyabrın 7-də Ankaradakı Karşıyaka qəbiristanlığında dəfn olunacağı bildirilmişdi.

