ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin başa çatmasının yalnız zaman məsələsi olduğunu bildirib.
Tramp Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında ABŞ-nin İranla münaqişədə qalib gəldiyini iddia edib.
“Biz İrana qalib gəldik. Məsələ yalnız buna nə vaxt son qoyacağımızdadır – indi, yoxsa daha sonra. Gözləyə də bilərik”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti qeyd edib ki, İranla qonşu olan bəzi ölkələr “hər şeyin olduğu kimi qalmasına” üstünlük verirlər.
Tramp həmçinin münaqişə zamanı ABŞ-nin "heç bir itki vermədiyini" bildirib.

