ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısını genişləndirərək İranda qeydiyyatdan keçmiş 4 kriptovalyuta birjasını siyahıya daxil edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Nazirliyin məlumatına görə, 2025-ci ildə İranın rəqəmsal aktivlərlə bağlı bütün əməliyyatlarının yarıdan çoxu Nobitex platforması üzərindən həyata keçirilib.
ABŞ tərəfinin iddiasına əsasən, bu əməliyyatlar arasında İran Mərkəzi Bankı və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli tranzaksiyalar da olub.
Bundan başqa, kriptovalyuta birjasının təsisçiləri və rəhbərləri olan 4 İran vətəndaşı da sanksiyalara məruz qalıb.

