Psixiatr Xavyer Kintero bildirib ki, xoşbəxtliyə mane olan əsas səbəblərdən biri keçmişə həddindən artıq bağlı qalmaqdır.
Bu barədə Deia nəşri məlumat yayıb.
Həkimin sözlərinə görə, insan keçmişdə verdiyi qərarları, söhbət zamanı dediyi yanlış sözləri və etdiyi səhvləri dəyişə bilməz. Buna baxmayaraq, bir çox insan daim keçmişi düşünərək özündə günahkarlıq, peşmanlıq və məyusluq hissi yaradır. Bu isə irəli getməyə mane olur.
İkinci vərdiş gələcəklə bağlı həddindən artıq narahat olmaqdır. Kintero qeyd edib ki, gələcəyə qorxu ilə baxmaq ciddi stress yaradır. Onun sözlərinə görə, insanların narahat olduğu hadisələrin böyük hissəsi əslində heç vaxt baş vermir, lakin beyin mümkün problemləri, uğursuzluqları və mənfi ssenariləri təsəvvür etməyə çox enerji sərf edir.

Üçüncü məqam isə xoşbəxtliyi başqa insanlardan gözləməkdir. Psixiatr bildirib ki, başqalarının insanın daxili boşluğunu dolduracağını və bütün problemlərini həll edəcəyini düşünmək doğru deyil.
Heç kim sizin yerinizə sevinə bilməz. Xoşbəxtlik sizin içinizdə başlayır,— deyə Xavyer Kintero vurğulayıb.
Mütəxəssis hesab edir ki, keçmişi buraxmaq, gələcəklə bağlı həddindən artıq qorxunu azaltmaq və xoşbəxtliyi başqalarından asılı etməmək insanın psixoloji rahatlığı üçün vacibdir.

