Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Denmedia.az xəbər verir ki, cəzaçəkmə müəssisəsindən bu gün 22 məhkum azadlığa buraxılıb. Məhkumlardan 2-si azyaşlı övladı ilə birgə azadlığa çıxıb.
Mərasimdə Ombudsman Səbinə Əliyeva və Milli Məclisin deputatı Zahid Oruc da iştirak edib.
Qeyd edək ki, amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis Amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.

