Ötən il külli miqdarda rüşvət ittihamı ilə 4 illik həbsə məhkum edilmiş N saylı hərbi-hissənin sabiq qərargah rəisi Vüsal Əliyev azadlığa buxarılıb.
“DenMedia.az”-ın əldə etdiyi məlumata görə, yerli məhkəmə belə qərar qəbul edib.
Məhkum kapitanın cəza müddətinin yarıdan çoxunu çəkməsi və cəzaçəkmə müəssisəsinin müsbət rəyi nəzərə alınıb.
Yeni qərarla Vüsal Əliyevin qalan 1 il 6 aylıq cəzası şərti hesab edilib. O, cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad edilib.
Qeyd edək ki, V.Əliyev bir neçə hərbi qulluqçudan külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Ona yumşaldıcı hallar nəzərə alınaraq sanksiyada nəzərdə tutulan həddən aşağı cəza verilib. Qafqazinfo.az