Rusiya ABŞ və Ukrayna ilə danışıqları Azərbaycanda keçirməyə razı ola bilər.
Bu ehtimalı Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov səsləndirib.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiya və ABŞ-la üçtərəfli danışıqlara hazır olduğunu bildirib və görüşün Azərbaycanda keçirilməsini təklif edib.
Cabarov qeyd edib ki, Moskva ilə Bakı arasında münasibətlər hazırda yaxşı səviyyədədir.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bütün iştirakçıların təhlükəsizliyini təmin edərsə, Rusiya nümayəndə heyəti ölkəyə gələ bilər.

