Ukrayna təslim olmağı düşünmür, lakin Rusiya ilə dialoq axtarmağa ehtiyac var.
Bu barədə ölkə prezidenti Vladimir Zelenskiy bildirib.
“Bizim nümayəndə heyəti də, mən də bilirik ki, dialoq yolları axtarılmalıdır. Amma heç kim təslim olmağa hazırlaşmır”, — deyə Zelenski vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Əbu-Dabidə keçiriləcək danışıqlar zamanı Ukrayna nümayəndə heyəti ilə daimi əlaqədə olacaq. Onun sözlərinə görə, bu görüşlərdə əsas məqsəd Rusiya tərəfinin hansı kompromislərə hazır olduğunu öyrənməkdir.

