Rusiya Prezidenti Vladimir Putin Ermənistanla münasibətlərin bundan sonra da ardıcıl şəkildə inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
Bu barədə Kremlin saytında məlumat yerləşdirilib.
Rusiya lideri Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib.
“Ölkələrimiz və xalqlarımız arasında münasibətlər ənənəvi olaraq dostluq xarakteri daşıyır. Biz bu münasibətlərin bundan sonra da **ardıcıl inkişafında maraqlıyıq”, deyə Putin bildirib.
Rusiya Prezidenti Paşinyana sağlamlıq, rifah və uğurlar arzulayıb.

