Rusiya prezidenti Vladimir Putin Novruz bayramı münasibətilə İran rəhbərliyinə təbrik məktubu ünvanlayıb.
Kremlin məlumatına görə, müraciət İranın ali lideri ayətullah Müctəba Xamenei və ölkə prezidentinə göndərilib.
Təbrikdə Putin Moskvanın Tehrana dəstəyini vurğulayıb.
“Moskva bu çətin dövrlərdə Tehranın sadiq dostu və etibarlı tərəfdaşı olaraq qalır”, – deyə bəyanatda bildirilir.
O, həmçinin İran xalqına mövcud çətinliklərin öhdəsindən layiqincə gəlməyi arzulayıb.

