31 
okt
2023
22:21
169

Zakir Fərəcov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Mini qəbul edib- FOTO/VİDEO

31 okt, 2023
22:21
169

Zakir Fərəcov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Mini qəbul edib- FOTO/VİDEO

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Mini Sumqayıtda olub.

Den.az xəbər verir ki, qonaqları Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul edib.

Şəhər rəhbəri, Qo Mini və onun rəhbərlik etdiyi nümayəndə heyyətini salamlayaraq, onları görməkdən məmnunluğunu ifadə edib.

Vurğulayıb ki, Azərbaycanla Çin əlaqələri günü gündən inkişaf edir və bu möhkəm dostluq, qarşılıqlıqlı etmada əsaslanır. Əlaqələrin inkişafında isə yüksək səviyyəli səfərlər, bu çərçivədə əldə edilmiş razılaşmalar müstəsna əhəmiyyət kəsb edir.

Zakir Fərəcov Sumqayıt şəhəri və onun inkişafı ilə bağlı qonaqlara ətraflı məlumat verib. Qeyd edib ki, Sumqayıt cənubi Qafqazın ikinci ən böyük sənaye şəhəridir.

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Mini isə səmimi görüşə , eləcədə qonaqpərvərliyə görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova minnətdarlığını bildirib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar