Denmedia.az xəbər verir ki, CNN-in məlumatına görə, Rusiya yaxın bir neçə həftə ərzində Ukraynada hərbi qələbə əldə edə bilər. Kanal qeyd edir ki, payızın sonu adətən döyüş meydanında radikal dəyişikliklər gətirir və bu, Rusiyanın mövqelərini gücləndirə bilər. “Rusiyanın planı və onun ictimai dəstək bazası hərbi qələbədən asılıdır. Putin hələ bu məqsədə çatmayıb, amma ola bilər ki, bunu – olduqca diqqətəlayiq şəkildə – qarşıdakı həftələrdə bacarsın,” – deyə CNN-in icmalında bildirilir. Eyni zamanda, kanal vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri Donbasın mühüm şəhərləri – Krasnoarmeisk (Pokrovsk), Kupyansk və Konstantinovka üzərində nəzarəti ələ keçirməyə yaxınlaşır. Bundan əvvəl The Washington Post yazmışdı ki, Ukraynaya göstərilən çoxmilyardlıq beynəlxalq yardıma baxmayaraq, Rusiyanı tam şəkildə dayandırmaq mümkün deyil.
Rusiya üçün “həlledici həftələr”: CNN hərbi dönüş gözləyir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.