Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün səbəblər hərtərəfli araşdırılacaq.
DenMedia.az xəbər verir ki, hakim partiyanın parlament fraksiyası iclasında çıxış edən dövlət başçısının sözləri TRT Haber kanalının canlı yayımı ilə yayımlanıb. Ərdoğan çıxışında vurğulayıb ki, araşdırma tam başa çatmadan heç bir nəticə barədə danışılmayacaq.
“Milli Müdafiə Nazirliyi araşdırma tamamlandıqdan sonra nəticələri ictimaiyyətə təqdim edəcək”, — Ərdoğan bildirib.

