Ermənistanın yeni Konstitusiyası 2026-cı ilin martına qədər hazır olmalıdır. Bu barədə ölkənin ədliyyə naziri Srbui Qaloyan Konstitusiya islahatları şurasının iclasında açıqlama verib. Onun sözlərini Sputnik Blijnee Zarubejye yayıb.
Nazir bildirib:
“Ədliyyə Nazirliyinin üzərinə götürdüyü öhdəlik aydındır — yeni Konstitusiyanın mətnini hazırlamaq və bunu müəyyən olunmuş müddətdə başa çatdırmaq.”
Qaloyan vurğulayıb ki:
“Yeni Konstitusiyanın mətni gələn ilin martında hazır olmalıdır.”
Nazirin sözlərinə görə, hazırda sənəd üzərində intensiv iş aparılır və Ermənistan rəhbərliyi sənədi vaxtında təqdim etməyə qərarlıdır.

