ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin strukturlarında maliyyələşmənin dayandırılması səbəbindən qismən şatdaun başlayıb.
Bu barədə The Washington Post qəzeti məlumat yayıb.
“Federal immiqrasiya agentləri üçün yeni məhdudiyyətlərlə bağlı Ağ Ev və Konqresdəki demokratlar arasında aparılan danışıqlar dalana dirəndikdən sonra, şənbə günü səhər saatlarında Daxili Təhlükəsizlik Nazirliyinin əhəmiyyətli hissəsinin vəsaiti tükənib”, – materialda bildirilir.
Şatdaun federal mülki dövlət qulluqçularının təxminən 13 faizini əhatə edib. Məhdudiyyətlərin təsir etdiyi Daxili Təhlükəsizlik Nazirliyi əməkdaşlarının əksəriyyəti vəziyyət həll olunana qədər əməkhaqqı almadan vəzifələrini icra etməyə davam etməli olacaq.

