ABŞ Prezidenti Donald Tramp Merilend ştatında kanalizasiya borularının partlaması səbəbindən ekoloji fəlakət elan edib. O, Truth Social sosial şəbəkəsində yazıb ki, qəza nəticəsində Vaşinqtondan axan Potomak çayı çirklənib.
Tramp baş verənlərə görə yerli demokratları və Merilend qubernatoru Ues Muru günahlandırıb. Onun sözlərinə görə, tullantı sistemlərinin səriştəsiz idarə olunması nəticəsində milyonlarla qallon təmizlənməmiş çirkab su paytaxt çayına axıdılıb.
ABŞ Prezidenti federal qurumlara Vaşinqtonun su təchizatını qorumağı tapşırıb. Fəsadların aradan qaldırılmasına FEMA da cəlb olunmalıdır, lakin agentlik qismən şatdaun səbəbindən fəaliyyətini dayandırıb.

