ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitinə dəvət etməyi planlaşdırdığı bildirilir. Bu barədə The Washington Post yazır.
Nəşrin məlumatına görə, administrasiyanın yüksək rütbəli rəsmisi hazırda təşkilatçıların rəsmi dəvət məktubları göndərmədiyini bildirib.
“Rusiya G20-nin üzvüdür və həm nazirlər səviyyəsində görüşlərə, həm də liderlər sammitinə dəvət olunacaq.”
Qeyd olunur ki, “Böyük iyirmilik” liderlərinin görüşü dekabr ayında Trampa məxsus qolf klubunda keçiriləcək.

