Rumıniya Prezidenti Nikuşor Dan qadın qətllərinə qarşı mübarizəni gücləndirən yeni qanunu təsdiqləyib. Sənəd ilk dəfə olaraq “femisid” anlayışını milli qanunvericiliyə daxil edir.
Qanuna əsasən, qadının cinsinə görə nifrət zəminində və ya məişət zorakılığı çərçivəsində qətli 15 ildən 25 ilə qədər həbs və ya ömürlük cəza ilə nəticələnə bilər.
Yeni hüquqi mexanizm dövlətin qadın və uşaqları qoruma öhdəliyini daha konkret və sərt formada tətbiq etməyi hədəfləyir.

