ABŞ Prezidenti Donald Trampa məxsus, Floridada yerləşən Trump National Doral qolf kompleksində onun nəhəng qızılı heykəli ucaldılıb.
“Don Colossus” adlandırılan və təxminən 450 min dollara başa gələn heykəlin hündürlüyü 7 metrə yaxındır. Qızılı örtüklü heykəlin açılışı dini liderlərin iştirakı ilə keçirilən təntənəli mərasimlə baş tutub.
Heykəl 2024-cü ildə Pensilvaniyada Trampa qarşı sui-qəsd cəhdindən sonra onun yumruğunu havaya qaldırdığı məşhur pozanı təsvir edir. Bu abidə güc nümayişi kimi qiymətləndirilib.

