Macarıstanın yeni Baş naziri Peter Madyar tualetdən video müraciət yazıb. O, bunu PR aksiyası çərçivəsində edib, lakin Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç X sosial şəbəkəsində bu addımı yersiz hesab etdiyini bildirib.
Bu yaxınlarda Madyar Macarıstan Milli Bankının qərargahındakı tualetdə video çəkib. O, guya sələflərinin iştirak etdiyi korrupsiyanı ifşa etmək istəyib. Bununla əvvəlki administrasiyanın seçdiyi həddindən artıq dəbdəbəli interyeri göstərmək niyyətində olub. Lakin kadrlarda adi təmir görüntülənib.

“Açıq-aşkar olanı bir kənara qoysaq — baş nazirin, yəqin ki, unitazları və tualet fırçalarını videoya çəkməsi düzgün deyil — bu tualeti Avropa ölkəsinin mərkəzi bankının qərargahı üçün həddindən artıq dəbdəbəli saymaq olarmı?”
deyə Koşkoviç razılaşmadığını bildirib.
Nəticədə Madyarın müraciəti gözlənilməyən effekt yaradıb.
“Mən münasib qiymətli publarda bundan daha dəbdəbəli tualetlər görmüşəm”, deyə analitik bildirib.

