Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmü ilə Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Denmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq məmur Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib.
Lakin məhkəmə onun yaşını və sağlamlıq vəziyyətini nəzərə alaraq 14 illik həbs cəzasının şərti tətbiq olunmasına qərar verib. Bununla da Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Mehdiyevin cəzasını həbsxanada çəkməsi nəzərdə tutulmayıb.
Məhkəmə qərarında sabiq Administrasiya rəhbərinin dövlət təltifləri məsələsinə də toxunulub. Onun təltiflərdən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq təqdimatın göndərilməsi qərara alınıb.
Bundan başqa, Ramiz Mehdiyevə məxsus əmlakların dövlət nəfinə xüsusi müsadirə olunması barədə hökm çıxarılıb.

