"İsrail HƏMAS liderini istənilən başqa ölkədə neytrallaşdıra bilərdi. Ancaq bunun üçün məhz İranı seçdi. Fikrimcə, İsrailin HƏMAS lideri İsmayıl Haniyəni Tehranda raket zərbəsi ilə öldürməsinin səbəbi islahatçı kimi dəyərləndirilən İranın yeni Prezidenti Məsud Pezeşkianla bağlıdır".
Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib.
"İsrail Qərbin İrana qarşı siyasətinin yumşaldılmasını istəmir. Məsud Pezeşkianın isə prezident kürsüsündə başlıca məqsədi Qərb ölkələri ilə münasibətlərin normallaşması, yeni nüvə anlaşmasının imzalanması olacaqdı. Bu İsrailin maraqlarına ziddir. Çünki Tel-Əviv düşünür ki, Tehran Qərblə münasibətlərin normallaşması adı altında həm nüvə çalışmalarını davam etdirəcək, həm də əvvəlki kimi HƏMAS və Hizbullah kimi təşkilatları İsrailə qarşı maliyyələşdirməkdə və silahlandırmaqda davam edəcək. HƏMAS liderinin Pezekişanın andiçmə mərasiminə qatıldığı gün Tehranda öldürülməsi İranın yeni Prezidentinin imicinə də mənfi təsir etdi. Pezeşkian HƏMAS liderinin Tehranda öldürülməsinə kəskin reaksiya vermək məcburiyyətindədir, o ali dini lider və SEPAH-ın İsrailə qarşı müxtəlif həmlələrinə dəstək vermək məcburiyyətində qalacaq. Belə olan halda Məsud Pezeşkianın Qərb ölkələri ilə münasibətlərin normallaşdırılması istəyi arxa plana keçəcək. İsrailə də elə bu lazımdır".
Günəş Fərəh
Den.az
İsrail HƏMAS liderini niyə məhz İranda öldürdü? - İLGİNC SƏBƏBLƏR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.