Dünyaca məşhur müğənni Keti Perri Kanadanın keçmiş baş naziri Castin Trüdo ilə münasibətindən ilk dəfə bu qədər açıq danışıb.

Sənətçi PEOPLE jurnalına müsahibəsində 2025-ci ildə “Lifetimes” turnesi zamanı Trüdo ilə tanış olduğunu və bu görüşün həyatında mühüm dəyişikliklərə səbəb olduğunu bildirib.
Perri həmin dövrün özü üçün emosional baxımdan çətin keçdiyini etiraf edib. Lakin gözlənilməz tanışlıq onun həyatına yeni rəng qatıb.

“Bu turnenin mənə verdiyi ən böyük hədiyyə həyatımın sevgisi ilə tanış olmaq idi”, – deyə müğənni Trüdonu nəzərdə tutaraq bildirib.
Sənətçi keçmiş baş nazirin konsertlərində ona dəstək olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Trüdonun göstərdiyi diqqət və qayğı münasibətlərində xüsusi yer tutur.

