Bakının Yasamal rayonundakı orta məktəblərdən birinin ərazisində REAL TV əməkdaşlarına qarşı törədilən xuliqanlıq hərəkətləri ilə bağlı cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, hadisədə iştirak edən 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Həmin şəxslər Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunublar.
Hazırda polis hadisənin hərtərəfli və obyektiv araşdırılması, eləcə də münaqişə iştirakçılarının əməllərinə hüquqi qiymət verilməsi üçün istintaq tədbirlərini davam etdirir.

