Ukraynanın sülhə ehtiyacı yoxdur və Kiyev rejimi üçün iqtidar insan həyatından daha vacibdir.
Den.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə videokonfrans vasitəsilə təşkil etdiyi görüşdə belə açıqlama verib. O, Kursk və Bryansk vilayətlərində baş verən terror aktlarından danışıb. Putin Kiyevdəki qeyri-legitim rejimin terror təşkilatına çevrilməsi ilə bağlı narahatlıqların dinc əhaliyə qarşı hücumlarla təsdiqləndiyini, terror aktları ilə bağlı qərarların Ukraynada siyasi səviyyədə verildiyini vurğulayıb.
Putin, “Cəbhədə böyük itkilər verən Kiyev terror aktlarına əl atır, ukraynalılar danışıqları pozur və Rusiyaya terror təzyiqi göstərir və atəşkəs tələb edir” - deyə bildirib.