Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdə baş verən son hadisələrdən dərin narahatlığını ifadə edib və gərginliyin dərhal dayandırılmasına çağırıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“BƏƏ ciddi nəticələrin qarşısını almaq, regionu yeni zorakılıq və qeyri-sabitlik mərhələsinə sürükləməmək üçün maksimum təmkin nümayiş etdirməyə çağırır”, — bəyanatda qeyd olunub.
Ölkə rəhbərliyi, həmçinin ABŞ və İranı hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlara qayıtmağa çağırıb.
Bəyanatda vurğulanıb ki, Hörmüz boğazından azad və təhlükəsiz gəmiçilik dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır.

