Azərbaycanın Xarici İşlər Nazirliyi təhsil müəssisələrində baş verən hadisələr nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyəyə başsağlığı verib. Bu barədə qurumun X sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib.
“Bu gün və dünən qardaş Türkiyədə baş verən silahlı hücumlardan dərin kədər hissi keçiririk. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu zorakılıqdan zərər çəkənlərin hamısı ilə, eləcə də qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik,” — deyə bəyanatda qeyd olunub.
Azərbaycan XİN yaralılara tezliklə şəfa diləyib və bu ağır günlərdə Türkiyə xalqına dəstək ifadə edib.

