ABŞ-ın “Apple” şirkəti bazar kapitallaşmasına görə “Nvidia”nı geridə qoyaraq yenidən dünyanın ən bahalı şirkəti olub.
Ticarət məlumatlarına əsasən, “Apple” səhmlərinin qiyməti 1,17 faiz artaraq 336,91 dollara yüksəlib. “Nvidia” səhmləri isə 4,99 faiz ucuzlaşaraq 196,51 dollara enib.
Nəticədə “Apple”ın bazar dəyəri 4,95 trilyon dollara, “Nvidia”nın kapitallaşması isə 4,76 trilyon dollara çatıb.
Dünyanın ən böyük beş şirkəti sırasına həmçinin “Alphabet”, “Microsoft” və “Amazon” daxil olub.
“Apple” daha əvvəl 17 iyulda da qısa müddətə liderliyə yüksəlmişdi. Lakin həmin vaxt şirkət birinci pillədə bir gündən az qala bilmişdi.

