ABŞ-də aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsindən sonra texnologiya şirkətlərinin səhmləri ucuzlaşıb, dünyanın ən varlı şəxsləri milyardlarla dollar itirib.
Bloomberg-in məlumatına görə, Nvidia-nın baş direktoru Censen Huanqın sərvəti 15,1 milyard dollar azalaraq 150,9 milyard dollara düşüb. Nəticədə o, agentliyin milyarderlər reytinqində 9-cu yerdən 13-cü pilləyə geriləyib.
SpaceX-in qurucusu İlon Maskın sərvəti 79,7 milyard, Oracle-ın həmtəsisçisi Larri Ellisonun sərvəti isə 10,1 milyard dollar azalıb.
Bildirilir ki, investorlar Konqresin hər iki palatasına nəzarət edən demokratların süni intellekt infrastrukturu üçün vacib olan məlumat mərkəzlərinin tikintisinə mane ola biləcəyindən ehtiyat edirlər.
Bu fonda Nvidia-nın səhmləri 9,3%, SpaceX-in səhmləri 9%, Oracle-ın səhmləri isə 6,9% ucuzlaşıb.
Seçkilərdən sonra Bloomberg-in milyarderlər indeksinə daxil olan 500 nəfərin ümumi sərvəti 185 milyard dollar azalıb.
Bundan əlavə, noyabrın 4-də ABŞ Prezidenti Donald Trampla əlaqəli Trump Media & Technology Group şirkətinin səhmləri 5,88% ucuzlaşaraq 5,6 dollara düşüb. Prezidentin Official Trump (TRUMP) kriptovalyutası isə dəyərinin 5%-dən çoxunu itirib.

