Sumqayıt–Novxanı yolunda sərnişin daşıyan 123 nömrəli marşrut avtobusunda yanğın baş verib.
Sərnişinlərin sözlərinə görə, avtobus hərəkətdə olarkən qəfil alovlanıb.
Avtobusun yandığını görən sərnişinlər dərhal nəqliyyat vasitəsini tərk edərək təhlükəsiz əraziyə uzaqlaşıblar.

