Bakının Nəsimi rayonunda güclü külək nəticəsində iri ağac fərdi yaşayış evinin girişinin qarşısına aşıb. Nəticədə iki nəfər evdə köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə məlumat daxil olub.
Hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar.
Xilasedicilər xüsusi vasitələrdən istifadə edərək evdə qalan iki nəfəri təhlükəsiz şəkildə təxliyə ediblər.

