Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti və güclü külək Abşeron rayonunda ciddi fəsadlara yol açıb.
Denmedia.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən "Abşeron MTK 1" yaşayış kompleksinin həyətində qeydə alınıb.
Güclü küləyin təsiri nəticəsində ərazidəki taxta konstruksiya aşaraq həyətdə park edilmiş 10 avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib, bir neçə avtomobilin şüşələri sınıb və kuzov hissələri əzilib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda dəymiş ziyanın miqdarının müəyyənləşdirilməsi və ərazinin təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür.
Nizami Rəsulov
Denmedia.az

