Siyəzən rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza rayon ərazisində “VAZ” markalı minik avtomobilinin iştirakı ilə qeydə alınıb.
Hadisə nəticəsində bir nəfər həlak olub. Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

