Noyabrın 17-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli zəif yağış yağacağı ehtimal edilir. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7–9, gündüz 12–16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm-dən 763 mm civə sütununa enəcək, nisbi rütubət 60–70 faiz təşkil edəcək.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağıntı, dağlıq ərazilərdə qar gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qərb küləyi güclənəcək.
Temperatur rayonlarda gecə 4–8, gündüz 12–16 dərəcə isti, dağlarda isə gecə 5–10 dərəcə şaxta, gündüz 0–5 dərəcə isti olacaq.

