İsrailin döyüş təyyarələri Livanın paytaxtı Beyrutun cənubundakı Dahiye bölgəsinə hava hücumu təşkil edib.
Den.az xəbər verir ki, hava hücumunda Livan mərkəzli “Əl Mayadeen” televiziya kanalının ofisinin hədəf alındığı bildirilib. Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, ofisə 2 raket zərbəsi endirilib. Hücum zamanı ofisin tamamilə dağıldığı və televiziya kanalı rəhbərliyinin hücumdan əvvəl ofisi boşaltdığı bildirilib. Xəbərdə, hava hücumu zamanı həmçinin El-Laylaki bölgəsi yaxınlığındakı mülki yaşayış məhəllələrinin hədəfə alınaraq tamamilə məhv edildiyi qeyd edilib.
Xəbərdə, İsrail döyüş təyyarələrinin Dahiyə bölgəsi və ətrafındakı müxtəlif yerlərə hava hücumları təşkil etdiyi bildirilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.
İsrail ordusu televiziyanın ofisini bombaladı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.