Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində azyaşlı uşaq evdə köməksiz vəziyyətdə qalıb.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, “112” qaynar xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Xilasedicilər alpinizm avadanlıqlarından istifadə edərək doqquzmərtəbəli binanın üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olublar və 2023-cü il təvəllüdlü uşağı təhlükəsiz şəkildə valideynlərinə təhvil veriblər.

