Bakı-Sumqayıt magistral yolunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza magistralın Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, avtomobil yolu keçən piyadanı vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri dəqiqləşdirilir.

