Xaçmaz–Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusunda yanğın baş verib.
Hadisə avtobus paytaxt istiqamətində hərəkətdə olarkən Şabran rayonu ərazisində qeydə alınıb.
Belə ki, avtobusun arxa təkərlərindən biri qəfil alışıb. Sərnişinlər dərhal nəqliyyat vasitəsindən təxliyə edilib və alovun söndürülməsi üçün ilkin tədbirlər görülüb. Lakin yanğın sürətlə yayıldığından onu hadisə yerində öz qüvvələri ilə söndürmək mümkün olmayıb.
Nəticədə yaxınlıqda yerləşən avtomobil yuma məntəqəsində yüksək təzyiqli su vasitəsilə yanğın tam söndürülüb. Hadisə zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.
Xaçmaz avtovağzalından hadisə yerinə başqa avtobus göndərilib və sərnişinlər həmin nəqliyyat vasitəsi ilə Bakı istiqamətində yollarına davam ediblər.

