16 
okt
2023
12:56
166

Göyçayda AĞIR QƏZA: Ölən və yaralananlar var

16 okt, 2023
12:56
166

Göyçayda AĞIR QƏZA: Ölən və yaralananlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Den.az-a verilən xəbərə görə, oktyabrın 16-sı saat 08 radələrində Göyçay rayonunun Yeniarx kəndi ərazisində 1953-cü il təvəllüdlü Ucar rayon sakini Mürsəl Abdullayevin idarə etdiyi “VAZ-21015” və İlfan Dovudovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan “VAZ”-ın sürücüsü, eləcə də digər iki sərnişini – 1992-ci il təvəllüdlü Zamiq Həmidov və 2004-cü il təvəllüdlü Elvin Əhmədov xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq Mürsəl Abdullayev xəstəxanada ölüb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar