19 
yan
2024
21:39
199

Ağdaşda DƏHŞƏTLİqəza: 2 ÖLÜ, 4 YARALI

19 yan, 2024
21:39
199

Ağdaşda DƏHŞƏTLİqəza: 2 ÖLÜ, 4 YARALI

Ağdaşda 2 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Den.az-a bildirilib ki, yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib. Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar