28 
okt
2023
06:27
377

Sumqayıtda silahlı hücum olub, 2 nəfər ölüb, yaralılar var

28 okt, 2023
06:27
377

Sumqayıtda silahlı hücum olub, 2 nəfər ölüb, yaralılar var

Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.

Den.az-ın məlumatına görə, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər. İnsident zamanı Türkiyə vətəndaşları - Karakaş Yağmur və Karakaş Cansu, həmçinin Tərlan Fərəcov yaralanıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.





Bizimlə əlaqə saxlayın

Çox oxunanlar